EN

"İrəvan və Bakı tezliklə sülh müqaviləsi imzalayacaq" - Ararat Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib ki, İrəvan və Bakı tezliklə sülh müqaviləsinə imza atacaqlar.

 

Sfera.az bu barədə “TASS”a istinadən xəbər verir.

 

“Nikbinliklə inanıram ki, yaxın gələcəkdə biz bir və ya iki qalan bənd üzrə razılığa gələ biləcəyik və tam razılaşdırılmış sülh müqaviləsini imzalayacağıq”, - o qeyd edib.

 

Diplomatın sözlərinə görə, İrəvan və Bakı tezliklə sərhədlərin delimitasiyası üzrə komissiyaların işi ilə bağlı reqlamentin ratifikasiyası barədə bir-birini xəbərdar edəcək və bundan sonra proses davam etdiriləcək.

 

Mirzoyan əlavə edib ki, Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması barədə fəal şəkildə danışıqlar aparır.

 


Firuzə Əliyeva
 

Chosen
36
sfera.az

1Sources