EN

Ukrayna ilə Macarıstan ortaq sənəd hazırlayırlar

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kiyev ilə Budapeştin ikitərəfli sənəd üzərində işlədiklərini, həmin sənədin təhlükəsizlik  və respublikanın NATO-ya üzv olması məsələlərini də əhatə etdiyini bildirib.

Bu barədə "Ukrinform" məlumat verib.

Zelenskinin sözlərinə görə, razılaşma "anlaşılmazlıqları aradan qaldırmağa, müasir dövrün, keçmişin və gələcəyin suallarına cavab verməyə imkan yaradacaq". Sazişin sayəsində bir daha Ukraynada macar azlıqları məsələsi qaldırılmayacaq. Zelenski Kiyevin sənədə çox müsbət yanaşdığını bəyan edib.  O, təhlükəsizlik məsələlərinin razılaşmanın əsas hissəsi olacağını qeyd edib.

Zelenski deyib: "Macarıstandan ən azı Ukraynanın NATO-ya dəvət olunmasını əngəlləməməyi istəyirik. Yəni nə dəstək, nə də səs istəyirik, sadəcə əngəl olmasınlar".

Hürr Tərcüman

 

Chosen
35
hurriyyet.az

1Sources