EN

Türkiyə COP29-da iqlim strategiyasını açıqlayacaq

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Türkiyənin 2053-cü ilə qədər xalis sıfır emissiya hədəfi çərçivəsində Uzunmüddətli İqlim Strategiyası açıqlanacaq. Türkiyə, həmçinin tədbirdə 2026-cı ildə keçirilməsi nəzərdə tutulan COP31-ə ev sahibliyi etməkdə qərarlı olduğunu vurğulayacaq.

Axar.az xəbər verir ki, Türkiyənin istixana qazı emissiyalarının azaldılması və 2053-cü ilə qədər xalis sıfır emissiya hədəfi ilə bağlı yol xəritəsi yenidən gözdən keçirilərək son düzəlişlər edilib. Yol xəritəsinə əsasən, ölkədə istixana qazı emissiyalarının ən geci 2038-ci ilə qədər maksimum səviyyəyə çatması və ardından azalaraq 2053-cü ildə xalis sıfır emissiyaya nail olunması planlaşdırılır.

COP29-da Türkiyənin bu istiqamətdə hədəflədiyi yol xəritəsini ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum iştirakçılarla bölüşəcək.

Chosen
87
3
axar.az

10Sources