EN

Mask da ərəb investisiyalarına göz dikib

Amerikalı milyarder İlon Mask, ümumi dəyəri 45 milyard dollar olan süni intellektlə işləyən xAI startapı üçün maliyyə vəsaitinin artırılmasını müzakirə edir.

Musavat.com xəbər verir ki, bu məlumatı Financial Times məlumatlı mənbələrə istinadən yayıb.

Qeyd edək ki, b yay keçirilən investisiya raundunun bir hissəsi olaraq, xAI təxminən bu məbləğdən ikiqat aşağı qiymətləndirilməklə 6 milyard dollar toplayıb.

İlkin mərhələdə olan danışıqlarda Capital və Valor Equity daxil olmaqla həm şirkətin mövcud investorları, həm də yeniləri iştirak edirlər. Valor-un yeni investisiya raundunun aparıcı iştirakçısı olacağı gözlənilir.

Məlumata görə, Mask digər məsələlərlə yanaşı, Yaxın Şərqin ən böyük investorları olan Qətər və Səudiyyə Ərəbistanından olan bəzi investorlarla əlaqə saxlayır.

xAI 2023-cü ilin iyulunda yaradılıb və həmin ilin noyabrında ChatGPT-nin rəqibi olan Grok chatbotunu işə salıb.

Musavat.com

Chosen
60
musavat.com

1Sources