EN

“Ən azı qışa kimi heç yerdə oynaya bilmərəm” – Yunanovun yeganə istəyi nədi?

Amil Yunanov “Bülis”dən ayrılıb.

Əslində Rüfət Quliyev bir müddət əvvəl Albaniya klubundan ayrılarkən Amilin də gec-tez belə aqibət yaşayacağı bilinirdi. Çox gözləmək lazım gəlmədi, Yunanov artıq Bakıdadı.

Hücumçuya bu suallarla müraciət etdik: “Danışıq apardığın klub varmı? İndiki vəziyyətdə “Kəpəz”ə dönmək istəyərsənmi?”

Amilin cavabı:

“Hələlik danışıq apardığım klub yoxdu. Hazırda tək istəim ordan transfer vərəqimi götürməkdi. Ondan sonra bu barədə fikirləşəcəm. Çünki ən azı qışa kimi heç yerdə oynaya bilmərəm, bir qədər səbrli olmalıyam”.


Qeyd edək ki, Tovuz futbolunun yetirməsi olan Amil Yunanov karyerası boyunca “Qəbələ”, “Keşlə”, “Sumqayıt”, “Şamaxı”, “Səbail”, “Kəpəz”də çıxış edib.

ƏSƏD SEYİDOV
Chosen
88
football-plus.az

1Sources