EN

Çin ABŞ-ı Tayvanı silahlandırmanın ciddi nəticələrini dərk etməyə çağırıb

Birləşmiş Ştatlar başa düşməlidir ki, Tayvana silah tədarükünün son dərəcə ciddi nəticələri olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri brifinqdə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan adaya Amerika silahlarının təqribən 2 milyard dollar dəyərində mümkün tədarükü ilə bağlı xəbərləri şərh edərkən deyib.

“Tayvan məsələsi Çinin əsas maraqları arasında ən mühümdür, bu, Çin-Amerika münasibətlərində keçilə bilməyən ilk qırmızı xəttdir. Buna görə də Pekin Vaşinqtonu Tayvanı silahlandırmanın ciddi nəticələrini dərk etməyə və yanlış yolda davam etməməyə çağırır”, – deyə o vurğulayıb.

Chosen
38
nocomment.az

1Sources