EN

Dünya ixrac reytinqi: Bakı və İrəvan hansı yerdədir?

2023-cü ildə qlobal miqyasda bütün ölkələrin ixracı 23,267 trilyon dollar təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə “World's Top Exports” portalı məlumat yayıb.

Bildirilib ki, bu, pandemiyadan öncəki illə (2019) müqayisədə 5% çoxdur.

İxrac yönümlü aparıcı iqtisadiyyatlar (materik Çin, ABŞ, Almaniya, Hollandiya, Yaponiya, İtaliya, Fransa, Cənubi Koreya, Meksika və Honq Konq) dünya ixracının təxminən yarısını (50,2%) təşkil edib.

Reytinqdə Azərbaycan 65-ci (33,8 milyard dollar, 2022-ci ilə nisbətən 11,1% az), Türkiyə 29-cu (255,4 milyard dollardan çox, 2022-ci ilə nisbətən 0,5% çox) yeri tutub.

Ermənistan 2022-ci illə müqayisədə ixracını 57,7% (Rusiyaya sanksiyaların dəlinməsində oynadığı rola görə) artırıb və reytinqdə 104-cü yerdə (8,3 milyard dollardan çox) qərarlaşıb.

Rusiya 19-cu yerdədir (399,2 milyard dollarlıq ixrac, 2022-ci illə müqayisədə 31% az).

Chosen
84
2
axar.az

2Sources