EN

Avropa liderləri Orbanın Trampı Aİ sammitində çıxış etməyə dəvət edəcəyindən qorxurlar

Avropa ölkələrinin liderləri Macarıstanın Baş naziri Viktor Orbanın ABŞ-nin keçmiş prezidenti Donald Trampın noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə onu Aİ-nin qeyri-rəsmi sammitində videobağlantı vasitəsilə çıxış etməyə dəvət edəcəyindən ehtiyat edir.

APA xəbər verir ki, bu barədə “Bloomberg” bir sıra Aİ ölkələrinin diplomatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqında şübhələr yaranıb ki, oktyabrın 31-də Macarıstanın Baş naziri ABŞ-nin keçmiş prezidenti ilə telefon danışığında bu ehtimalı müzakirə edib.

Avropalı diplomatlar qeyd edir ki, Trampın Amerikadan hətta videobağlantı vasitəsilə Aİ sammitində iştirakı bir çox Aİ liderinin narazılığına səbəb olacaq.

Chosen
87
1
apa.az

8Sources