Argentina millisinin və "İnter Mayami"nin 37 yaşlı hücumçusu, dünya çempionu və Amerika kubokunun qalibi Lionel Messinin hələ məşqçilik karyerasına başlamaq niyyəti yoxdur.
"Operativ Media" xəbər verir ki, o, bu haqda insayder Fabrizio Romanoya müsahibəsində bildirib.
“Futbolçu karyeramı bitirdikdən sonra nə edəcəyimi bilmirəm. Məşqçi olmaq istəmirəm, amma hələ də hər şey dəqiq deyil.
Mən bu günü yaşamağı sevirəm və indi oyunlar, məşq və meydanda əylənmək haqqında düşünmək istəyirəm".
Messinin "İnter Mayami" ilə müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.