EN

Nikita Juravelin dövlətə xəyanət işi üzrə məhkəmə iclası noyabrın 14-də keçiriləcək

Nikita Juravelin dövlətə xəyanət işi üzrə ilk məhkəmə iclası noyabrın 14-də keçiriləcək. Fevralda Qroznı şəhərinin Visaitovski rayon məhkəməsi Volqoqradda məscidin yaxınlığında Quranı yandıran şəxsi 3,5 il müddətinə azadlıqdan məhrum edib.

Oktyabr ayında Volqoqrad vilayətinin prokurorluğu 20 yaşlı Juravelin dövlətə xəyanətdə ittiham olunduğunu bildirmişdi.

Region məhkəmələrinin birgə mətbuat xidmətindən TASS-a verilən məlumata görə, işə bağlı qapılar arxasında baxılacaq.

Müstəntiqlərin sözlərinə görə, Juravel Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi ilə əlaqə saxlayıb və ona əməkdaşlıq təklif edib.

DOĞRU.AZ

 

Chosen
99
dogru.az

1Sources