EN

Avtobuslar həmin zolaqlara girə bilər, ya yox?

Xəbər verdiyimiz kimi, bu gündən Bakıda bir sıra küçə və prospektlərdə təşkil edilmiş COP29 zolaqlarına avtomobillərin daxil olması qadağan edilib.

Demokrat.az-ın məlumatına görə, ötən gün aidiyyəti dövlət qurumu tərəfindən həmin zolaqlara müntəzəm marşrut xətləri üzrə avtobusların daxil olmaması ilə bağlı da göstəriş verilib. Lakin bu gün səhər avtobusların sürücü monitorlarına bildirişlər göndərilərək müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların müvəqqəti olaraq COP29 nişanlı zolaqlardan istifadə edə biləcəyi bildirilib.

Bu qərar bir sıra istiqamətlərdə sürücülərin çaşqınlıq yaşamasına səbəb olsa da, qısa vaxtda sərnişindaşıma ilə bağlı vəziyyət qaydasına düşüb.

Bildirilib ki, COP29 beynəlxalq tədbirləri ilə əlaqədar müəyyən edilmiş vaxtadək avtobuslar bu zolaqlara daxil ola bilər. Lakin tədbir günlərində avtobuslar da COP29 zolaqlarına buraxılmayacaq. Belə ki, buradan yalnız müvafiq icazəsi olan nəqliyyat vasitələri istifadə edə biləcək.

Qeyd edək ki, daha əvvəl AYNA tərəfindən verilmiş açıqlamalarda tədbirdən sonra COP29 zolaqlarının avtobus zolağı kimi saxlanmasının nəzərdə tutulduğu bildirilib.

Chosen
13
12
demokrat.az

10Sources