EN

“Orda nə Naxçıvan futbolunun yetirməsi oynayır, nə də məşqçi heyətində naxçıvanlı var”

Gündəmdə olan klublardan biri də “Araz-Naxçıvan”dı. Komanda ardıcıl uğurlu nəticələr göstərir, özü də mühacir həyatı yaşaya-yaşaya. “Zirə” ilə oyundan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev növbəti dəfə Naxçıvana köçməyin zəruriliyini vurğuladı.

Bəs bu problemin həll yolu necədi? Bu mövzuda “Araz-Naxçıvan”ın sabiq mətbuat katibi Tahir Tahiroviçin fikirlərini öyrəndik:

“Araz-Naxçıvan" 60 ilə yaxındı fəaliyyət göstərir. Son iki ilə qədər Naxçıvan komandası idi. Yəni Muxtar Respublikani təmsil edirdi. İndi isə Muxtar Respublikaya heç bir aidiyyatı yoxdu. Sadəcə, adında Naxçıvan var. Naxçıvanlı tamaşaçılar komandanı görmür, orda nə Naxçıvan futbolunun yetirməsi oynayır, nə də məşqçi heyətində naxçıvanlı var. Hə, rəhbərlik naxçıvanlılardı, bunu anladıq. Amma tək rəhbərliklə məsələ həll edilmir axı. Ona görə Elmar Baxşıyev düz deyir ki, onların çapında deyil bu məsələ. Muxtar Respublikanın komandası olsaydı, təbii ki, ordakı stadion təmir olunmalıydı. Komandaya da deməliydilər ki, gəl, burda oyna. Naxçıvan adını daşıyırsansa, Naxçıvanda da oynamalısan. Naxçıvanlı tamaşaçılar da bundan zövq almalıdılar. Doğrudan da, "Araz-Naxçıvan"ın Naxçıvana aidiyyətı yoxdu. Fikrimcə, Elmar müəllim düz deyir. Muxtar Respublikanı təmsil edən klub Naxçıvanda oynamalıdı. Fakt odu ki, “Araz-Naxçıvan” bu gün Naxçıvanı təmsil etmir”.

RÖYANƏ OĞUZ
Chosen
37
football-plus.az

1Sources