EN

Paytaxt sakinləri yenilənmiş "28 May"dan danışdılar - FOTO

"28 May metro"sunun qarşısında yaradılan park təqdirəlayiqdir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında paytaxt sakini Aydın Mirzəyev deyib.

O bildirib ki, əvvəllər burada xaos hökm sürürdü:

"İndi isə adam burada rahatlıqla hərəkət edə və dincələ bilər.

"28 May" yenidənqurmadan sonra FOTOREPORTAJ - ƏTRAFLI BURADA

Düşünürəm bu park paytaxta sakinlərimizin ən sevimli yerlərindən biri olacaq. Parkın salınmasında əməyi olan hər kəsə təşəkkür edirəm".

 

Paytaxt sakini Azər Bağırov isə bildirib ki, yeni salınan park paytaxt sakinləri üçün çox yaxşıdır.

"Maşınların bu ərazidən yığışdırılması piyadalar üçün rahatlıq oldu. Parkda yaşıllıqların çox olması xüsusilə üstünlükdür. İndi insanlar rahatlıqla parkda istirahət edə bilərlər".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun "28 May" stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb.

Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

Chosen
46
26
day.az

10Sources