COP29-un keçiriləcəyi günlərdə Azərbaycanın bölgələrindən Bakıya gələn rayon qeydiyyatlı avtomobillər üçün heç bir məhdudiyyət tətbiq olunmayacaq.
Publika.az xəbər verir ki, bu sözləri DİN-in Nəqliyyatı İnellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi, polis polkovniki Namidan Piriyev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə söyləyib.
Onun sözlərinə görə, vətəndaşların rahat hərəkət edə bilməsi üçün alternativ yollar təklif ediləcək.