EN

Argentina Mərkəzi Bankı uçot dərəcəsini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Argentina Mərkəzi Bankı uçot dərəcəsini 35 faizə endirib.

Banco.az xəbər verir ki, yüksək inflyasiya ilə mübarizə aparan Argentina Mərkəzi Bankı uçot dərəcəsini beş baza bəndi azaldıb və 35 faizə endirib.

Argentina Mərkəzi Bankının yaydığı bəyanatda uçot dərəcəsinin 40 faizdən 35 faizə endirildiyi bildirilib.

Bəyanatda bildirilir ki, qərar ölkənin likvidlik vəziyyəti, inflyasiya gözləntilərinin aşağı salınması və fiskal lövbər əsasında qəbul edilib.

Xatırladaq ki, yekun məlumatlar ölkədə illik inflyasiyanın 200 faizi ötməkdə davam etdiyini göstərib. Argentinada istehlak qiymətləri sentyabr ayında aylıq 3,50 faiz artarkən, illik artım 209 faiz hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
33
banco.az

1Sources