EN

"Koroğlu"ya gələn marşrutlar - "ULDUZ"A YÖNƏLDİLƏCƏK - MARŞRUTLAR DƏYİŞİR

COP29 tədbiri zamanı Bakıda 57 avtobus marşrutunda dəyişiklik baş verəcək.

FED.az xəbər verir ki, bunu AYNA-nın sədri Anar Rzayev COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda 30 avtobus  “Koroğlu” metrostansiyasına daxil olsa da, COP29 tədbiri zamanı onlardan sadəcə, 3-ü “Pramida” deyilən ərazidən fəaliyyət göstərəcək. Bu üç avtobus isə əsasən, Ramana, Zabrat, Suraxanı ərazisinə hərəkət edəcək. Bunlar 214, 163 və 184 nömrəli avtobuslardır.

Digər marşrut avtobuslarının əksər hissəsi isə “Ulduz” metrostansiyasına yönələcək. Onların isə sayı 12-dir. Qalanları isə “Qara Qarayev” və başqa metrostansiyalara yönəldiləcək (Qafqazinfo).

Chosen
52
8
fed.az

9Sources