EN

Bakıda 700 minə yaxın borcu olan şirkət kimindir?

"Liman 2022 Company" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir. İşə Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qanuni təmsilçisi Seymur Əliyev Abduləli oğlu olan "Liman 2022 Company" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 689938.5 manat vergi borcu var.

Chosen
77
7
buta.tv

10Sources