EN

Bahalı və qeyri-adi duz növləri – Onlar görün neçəyə başa gəlir?

Duz o qədər adi qida məhsuludur ki, onun baha qiymətə satılmasını təsəvvür etmək çətindir. Ancaq çəhrayı və ya dəniz duzunun baha qiymətə olması mümkündür, çünki onlar xüsusi şəkildə çıxarılır.

News24.az bahalı və qeyri-adi hesab edilən duz növlərini sizə təqdim edir:

Fumee de Sel

"Fumee de Sel" duzunun bir paketinin qiyməti (150 qramdan az) 20 dollardan çoxdur. Maraqlıdır ki, bu duz hazırlanarkən xüsusi ağ şərab növündən istifadə olunur.

Nəticədə, belə duz istənilən yeməyi daha dadlı edir. Bu qeyri-adi duz fransız mütəxəssisləri tərəfindən hazırlanır.

Merlot isə digər "şərab" duzudur. Lakin bu duzu istehsal etmək üçün qırmızı şərabdan istifadə olunur. Bu duz növünün bir paketini (100 qramdan bir qədər çox) 17 dollardan baha qiymətə almaq olar.//lent


Chosen
115
news24.az

1Sources