EN

ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir

ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin Yaxın Şərq regionuna gəmilər, qırıcılar və bombardmançı təyyarələr də daxil olmaqla əlavə hərbi hissələrin göndərilməsi barədə göstəriş verib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat verib:

“Bu, Yaxın Şərqdə ABŞ vətəndaşlarını qorumaq, İsraili müdafiə etmək, çəkindirmə və diplomatiya yolu ilə gərginliyi azaltmaq üzrə öhdəliklərimizə uyğun həyata keçirilir. Müdafiə Naziri əlavə raket əleyhinə müdafiə sistemləri ilə təchiz olunmuş esmineslərin, qırıcı və tanker təyyarələrinin eskadrilyasının yerləşdirilməsinə göstəriş verib. Bölgəyə bir neçə strateji bombardmançı da göndərilib”.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
66
konkret.az

1Sources