EN

Qaralan dişlər, pis qoxu verən ağız və xərçəng riski – Siqaret çəkmənin FƏSADLARI

Mütəxəssislər hesab edirlər ki, dişlərdə yaranan kariyesə səbəb mikroblardır. Eyni zamanda siqaret də karyes yaradır.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Piroqov Universitetinin Stomatologiya İnstitutunun direktor müavini, tibb elmləri doktoru Olqa Quseva deyib. “Ağız boşluğu xəstəlikləri dünyada ciddi problem olaraq qalır. Ağız boşluğunun ən çox yayılmış patologiyalarından bəziləri kariyes və parodontitdir. Sübut edilib ki, kariyes və parodontiti yaradan mikrob faktorudur. Həqiqətən də ağız boşluğu insan orqanizminin ən çox mikroblarla çirklənmiş hissələrindən biridir (ağız boşluğunda 750-dən çox növ mikroorqanizm yaşayır). Bakterial qarşılıqlı əlaqə harmonik birgəyaşayışa gətirib çıxarır. İnsan orqanizminə təsir edən bir sıra amillər bu zəif homeostatik tarazlığı poza bilər. Nəticədə həm ağız boşluğu, həm də sistem sağlamlığı balansızlığına səbəb olur.

Dişlərin səthinə çökən yapışqan tütün qatranları tünd lövhənin əmələ gəlməsi şəklində estetik problemlər yaradır. Dişlərin rəngi dəyişir, eyni zamanda daxildən də qaralması baş verir.

Siqaret tüpürcək sisteminin işinə təsir göstərir. Bu da xerostomiya vəziyyəti yaradır və ağızın quruması baş verir. Quru ağız dad bilmənin pozulmasına səbəb ola bilər. Siqaret ağız boşluğunun selikli qişasının hüceyrə yenilənməsi proseslərini pozur. Hüceyrə yenilənməsinin pozulması isə bir çox problemlər yaradır. Hətta xərçəng xəstəliyinin inkişafına səbəb olur. Ağız xərçənginə pis vərdişləri olan 18 yaşdan yuxarı insanların yoluxma hallarına daha çox rast gəlinir. Ağız xərçəngi digər xərçəng növləri arasında dünyada dördüncü yerdədir. Araşdırmalar göstərir ki, siqaret çəkənlərdə ağız boşluğu və farenks xərçənginə tutulma riski çəkməyənlərə nisbətən 2-3, gündə bir qutudan çox siqaret çəkənlərdə isə 10 dəfədən çoxdur.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
68
8
konkret.az

10Sources