EN

"Dinamo" kapitanının keçmiş həyat yoldaşı onu mənzilə görə məhkəməyə verdi

Minsk "Dinamo" hokkey komandasının kapitanı Andrey Stasın keçmiş həyat yoldaşı Valeriya Kurilskaya nikah dövründə əldə edilmiş əmlakın yarısını məhkəmə yolu ilə əldə etməyə çalışır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mash” "Telegram" kanalı məlumat yayıb.

Keçmiş gimnast Kurilskaya və hokkeyçi Stas 11 il ailəli olublar. Bu müddət ərzində cütlük Moskvada bir neçə əmlak əldə edib: Xoroşyovo-Mnyovnikidə 64 m²-lik mənzil, orada iki park yeri və "Fili Grad" Ticarət Mərkəzində 80 m²-lik kommersiya sahəsi. Boşandıqdan sonra Kurilskaya əmlakın yarısını və əlavə olaraq 495 min dollar tələb edib.

Cütlük 2022-ci ildə boşanıb. Nikah müqaviləsinə baxmayaraq, əmlak bölgüsü üzrə ilk məhkəmə işini Kurilskaya uduzsa da, kassasiya instansiyasında qərarı ləğv etdirib. Oktyabrın sonunda iddiasını yenidən qaldıran idmançıya cavab olaraq hokkeyçi Stas qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib.

Stas Belarus millisinin tərkibində 188 oyun keçirib, 74 (31+43) xal toplayıb. O, Rusiyada ÇSKA, "Nefteximik", "Avangard" və "Traktor" klublarında çıxış edib. Hokkeyçi 2023-cü ildə Minsk "Dinamo"suna qayıdıb, bundan əvvəl 2008-2014 və 2016-2017-ci illərdə də komandanın üzvü olub.

Alpər
Chosen
58
qaynarinfo.az

1Sources