EN

Moskvada aşkaralanan gizli uşaq qəbiristanlığı hamını qorxutdu

Rusiyanın Moskva vilayətinin Mojaysk yaxınlığındakı Uvarovka kəndində gizli uşaq qəbiristanlığı tapılıb.

Bu barədə aif.ru portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, qəbiristanlığı ilk aşkarlayan Moskva sakini Vadim Kuznetsov olub. O, öz bağ evində yaxşı internet siqnalı olan yer tapmağa çalışıb. Kişi jurnalistlərə açıqlamasında deyib ki, qəribə qəbirlər görüb. Bndan sonra Vadim onların şəklini çəkib və sosial şəbəkələrdə paylaşım edib.

Portalın müxbirinin fikrincə, qəbiristanlıqda XX əsrin yetmişinci illərindən dəfn mərasimləri keçirilib və əslində indi də burada dəfnlər olur. Qəbirlərin çoxu isə çoxdan tərk edilib. Bu ərazidə əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yerli internat məktəbinin uşaqları basdırılır. Yerli sakinlər bildiriblər ki, onlar dəfn mərasiminə, xüsusən də xaçların qoyulmasına yalnız son vaxtlar riayət etməyə başlayıblar.

Maraqlıdır ki, yerli keşiş Yaroslav ata qəbiristanlıqdan xəbəri olmadığını və orada dəfn edilən uşaqlar üçün heç vaxt dəfn mərasimi keçirmədiyini etiraf edib.

Tural

Chosen
55
news365.az

1Sources