EN

İsveçrənin niyə rəsmi paytaxtı yoxdur?

Bir ölkənin paytaxtsız olması qəribə səslənir.  Çox ölkənin qanununda paytaxtın hansı şəhər olduğu göstərilir. Məsələn, Türkiyənin paytaxtı Ankara, Almaniyanın Berlin, Çinin paytaxtı isə Pekindir. Lakin İsveçrənin qanunlarında belə bir məlumat yoxdur. 

Bəs, niyə İsveçrənin rəsmi bir paytaxtı yoxdur?

Valyuta.Az xəbər verir ki, İsveçrənin 1848-ci ildəki qanununda və sonrakı dəyişikliklərdə, hər hansı bir şəhəri paytaxt olaraq tanımayıb. Bunun səbəbi, İsveçrənin digər ölkələr kimi tək bir mərkəzdən idarə olunan bir quruluş yaratmaqdan qaçınmasıdır.

Bəzi insanlar İsveçrənin paytaxtının Bern olduğunu düşünür. Ancaq Bern İsviçrənin qanuni deyil, faktiki paytaxtı hesab olunur. Bern federal hökumətin bəzi binalarına ev sahibliyi edir və bu səbəbdən insanlar tərəfindən paytaxt kimi tanınır. 

Lakin İsveçrə hökumətinin bütün orqanları Berndə toplanmayıb. Məsələn, Ali Məhkəmə Fransızca danışılan Lozanda, İsveçrə Federal Cəza Məhkəməsi isə İtalyanca danışılan Bellinzonadadır. Yəni İsveçrədəki hökumət strukturları müxtəlif şəhərlər arasında paylanıb. 

Eyni zamanda, keçmişdə İsveçrənin fərqli bölgələri kantonlar adlanan yarı müstəqil dövlətlər tərəfindən idarə olunurdu. Kantonlar müstəqilliklərini qoruyaraq birləşmə qərarı aldıqda, mərkəzi bir paytaxt əvəzinə güc balansını saxlamağı seçdilər. Beləliklə, heç bir şəhər ya da kanton digərindən daha çox önə çıxmadı, yəni paytaxt olmadı. 

Qısacası, bütün bu səbəblərə görə İsveçrənin rəsmi bir paytaxtı yoxdur. Bern isə xalq arasında qəbul edilən paytaxtdır, amma rəsmi olaraq belə bir məlumat yoxdur.

Əvəz Həsənov

Chosen
53
1
valyuta.az

2Sources