EN

İran İsrailə cavab vermək qərarına gəlib

Bakı. Trend:

İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailə hərbi cavab verməkqərarına gəlib.

Trend-in məlumatına görə,bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici SiyasətKomitəsinin üzvü İsmayıl Kövsəri yerli mediaya açıqlamasındadeyib.

Onun sözlərinə görə, bu qərarı ötən həftə İranın Ali MilliTəhlükəsizlik Şurası verib.

Hökumət və yaxud başqa rəsmilərin “İran İsrailə cavab verməsin”demələri mümkündür. Lakin yekun qərar sözügedən qurum tərəfindənverilib.

Kövsəri deyib ki, İranın İsrailə hücum vaxtı silahlı qüvvələrinsəlahiyyətindədir. Hücumun hansı səviyyədə həyata keçirilməsi İranSilahlı Qüvvələri tərəfindən müəyyən olunacaq.
İranlı deputat qeyd edib ki, İranın hərbi cavabı bölgədəki“müqavimət qüvvələri” ilə birlikdə həyata keçiriləcək.

Qeyd edək ki, 26 oktyabrda İsrail İranın Tehran, Xuzistan vəİlam vilayətlərində hərbi obyektlərinə zərbələr endirdiyiniaçıqlayıb. İranın Havadan Müdafiə Qərargahı hava hücumuna reaksiyaverdiyini, 4 hərbçisinin öldüyünü və məhdud şəkildə zərər dəydiyinibildirib.

Chosen
41
1
az.trend.az

2Sources