COP29 konfransı çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə "Koroğlu”, "28 May”, "Elmlər Akademiyası” metrostansiyalarında tibb məntəqələrinin təşkil edildiyi bildirilib.
Nəzərə almaq lazımdır ki, metroda tez-tez halı pisləşənlərin sayı az deyil. Bu baxımdan tibb məntəqələrinin COP29-dan sonra da fəaliyyətinə davam etməsi sərnişinlər tərəfindən arzuolunandır.
Bəs bu məntəqələr COP29-dan sonra fəaliyyətini davam etdirəcək?
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-nın sorğusuna cavab olaraq məsələnin TƏBİB-in səlahiyyətində olduğunu bildirib.
TƏBİB-dən isə sualımıza sükutla cavab verilib.
Görünən qədərilə, COP29-dan sonra tibb məntəqələrinin qeyd olunan metrostansiyalarda fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil.