EN

Tayvanda güclü qasırğa nəticəsində 3 nəfər ölüb, 690 nəfər yaralanıb

Tayvanda “Konq-rey” adlandırılan qasırğa nəticəsində 3 nəfər ölüb, 690 nəfər yaralanıb.

İqtisadiyyat.az CNA xəbər agentliyinə istinadən xəbər verir ki, tayfun kənd təsərrüfatına 480 milyon Yeni Tayvan dolları (15 milyon dollar) maddi ziyan vursa da, ən çox zərər Hualien və Yulin əyalətlərində müşahidə olunub.

Qeyd edilib ki, tayfundan zərər çəkənlər üçün yaradılmış 10 təcili sığınacaqda 155 nəfər yerləşdirilib.

Qasırğa səbəbindən 950 mindən çox evə elektrik enerjisi, 63 mindən çox evə isə su verilişi kəsilib. Bildirilir ki, ən azı 32 min təsərrüfat hələ də elektrik enerjisi ilə, 1240 ailə isə su ilə təmin olunmayıb.

Hsinçu, Taoyuan və Hualiendə yolların bağlanması səbəbindən bu bölgələr hələ də əlçatmaz olaraq qalır.

“Konq-rey” qasırğası oktyabrın 31-də Tayvanın cənub-şərq sahilində yerləşən Taytung əyalətinin Çinqonq şəhərinə çatıb, sonra isə şimal-şimal-qərb istiqamətində daxili istiqamətlərə doğru hərəkət edib.

Tayfun səbəbindən Çinin şərq sahilində, Tayvanın əks sahilində yerləşən Fucien əyalətində də həyəcan təbili çalılıb.

Sürəti saatda 184 kilometrə çatan "Kong-rey" qasırğası bu il Sakit Okeanda baş verən 21-ci tayfun olub.

Chosen
54
iqtisadiyyat.az

1Sources