EN

İran prezidenti: "Azərbaycanla sərhəd dəhlizinin icrası tez başa çatdırılmalıdır"

İran Prezidenti Məsud Pezeşkian özəl sektor və xarici investorların İranın infrastruktur layihələrinə sərmayə qoymasının vacibliyini vurğulayıb.

 

Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

 

Pezeşkian ölkənin nəqliyyat infrastrukturunun və regional dəhlizlərin son vəziyyətinin nəzərdən keçirildiyi Yol Nazirliyinin rəsmiləri ilə görüşdə bu fikri bildirib.

 

İclasda yol naziri Fərzaneh Sadiq İranın Rusiya tərəfi ilə davam edən danışıqlarına işarə edərək, nəqliyyat infrastrukturu və regional dəhlizlərin həyata keçirilməsi üzrə Moskva ilə əməkdaşlıq razılaşması və sənədlərin son vəziyyəti haqda hesabat təqdim edib.

 

Ölkənin beynəlxalq avtomobil və dəmiryolu dəhlizlərinin vəziyyəti ilə bağlı yol nazirinin və digər aidiyyəti məsul şəxslərin izahatlarını dinləyən Prezident Azərbaycanla sərhəd dəhlizinin icrasının sürətləndirilməsini, eləcə də beynəlxalq Şimal-Cənub dəhlizi dəmir yolu xəttinin başa çatdırılmasını vurğulayıb.

 

"Bu regional dəhlizlərin əhəmiyyətini nəzərə alaraq, onlar mümkün qədər tez başa çatdırılmalıdır", - Pezeşkian qeyd edib.

Chosen
41
24
senzor.az

10Sources