EN

Klublar federasiya prezidentini istefaya çağırdı: Ermənistan futbolunda QALMAQAL - VİDEO

Ermənistanda klublar və azarkeşlər Ermənistan Futbol Federasiyasının rəhbərliyini istefaya səsləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Federasiya prezidenti Armen Melikbekyanın istefası ilə bağlı tələb “Pyunik” və “Urartu”tərəfindən irəli sürülüb. Daha sonra “Şirak” da bu aksiyaya qoşulub.

Fotoda Armen Melikbekyan

Etirazlar ölkə çempionatında da nümayiş etdirilib. Belə ki, fanatlar “Noa” – “Urartu” matçının 13-cü dəqiqəsində pankartlar və fakellərlə meydana daxil olaraq futbol qurumuna qarşı şüarlar səsləndiriblər.

Nəticədə oyun yarımçıq dayandırılıb. Bir müddət sonra matç yenidən davam edib.

Qeyd olunub ki, Federasiyaya qarşı ilk etirazlar Ermənistan millisinin evdə UEFA Millətlər Liqası matçında Şimali Makedoniyaya (0:2) uduzmasından sonra baş verib.

Bu, baş məşqçi Aleksandr Petrakovun işdən qovulmasına səbəb olub

Chosen
37
sportinfo.az

1Sources