EN

Qəzzadakı tibb müəssisəsinə hücumda 4 uşaq yaralandı - ÜST

Qəzza zolağının şimalında poliomielit əleyhinə peyvəndlərin aparıldığı ilkin sağlamlıq mərkəzinin vurulması nəticəsində iki böyük və dörd uşaq yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkədə məlumat verib.

“Qəzza zolağının şimalındakı Şeyx Radvan ilkin sağlamlıq mərkəzinə valideynlər uşaqları poliomielit peyvəndi üçün apararkən vurulduğuna dair son dərəcə narahatedici xəbərlər aldıq” - dedi.

Qebreyesus əlavə edib ki, insident “peyvəndlərin davam etdirilməsi üçün humanitar fasilənin qəbul edildiyi” ərazidə baş verib. ÜST rəhbəri vurğulayıb ki, bu cür hərəkətlər uşaqların sağlamlığının qorunmasına təhlükə yaradır.

Poliomielit bir virusla yoluxma nəticəsində baş verən yoluxucu bir xəstəlikdir. Sinir sisteminə təsir edir və iflicə səbəb ola bilər.


Müəllif: Pərvin Cəfərova
Chosen
59
teleqraf.com

1Sources