«Şəfa»nı himayəsinə götürmüş holdinqin rəhbər şəxsləri futbolçuları təəccübləndirib. İş adamları ölkə kubokunun II təsnifat mərhələsinin «Difai» ilə matçından (2:3) sonra iki fərqli hərəkətlə diqqət mərkəzinə düşüb. Onlar öncə paltardəyişmə otağına daxil olaraq, komanda üzvlərini möhkəm danlayıblar. Bundan ən çox «pay» Elvin Nəsibova düşüb. Belə ki, əlavə vaxtın ilk yarısında rəqib müdafiəçi Seymur Əliyevin üzünə dirsəklə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alan hücumçu yoldaşlarını pis vəziyyətdə buraxıb. Nəticədə daha bir qol buraxan «Şəfa» mübarizəni dayandırmaq məcburiyyətində qalıb. Biznesmenlər xatırladıb ki, mərhələ keçsəydilər, 1/8 final mərhələsində «Neftçi» ilə qarşılaşacaqdılar, bu da klubun tarixində mühüm hadisə olacaqdı. Nizam-intizamın zəifliyindən gileylənən mənsublar qapını bərk çırparaq, çıxıb gediblər.
Daha sonra nə hdadisə baş versə yaxşıdır? Bir qədər qabaq oyunçuları tənqid və tənbeh edən holdinq nümayəndələri komandaya ümumilikdə 3000 manat mükafat verib. Adını da bu cür qoyublar: «Uduzsanız da, yaxşı oynamsız».
SPORTİNFO.AZ