EN

1000 ildən çox gizli qalan şəhər tapıldı


1000 ildən çox müddətdə Meksikanın Kampeçe əyalətinin sıx meşələrində gizlənmiş qədim bəşər tarixi nəhayət ki, üzə çıxıb.

News24.az “Cebheinfo.az”-a istinadla xəbər verir ki, elm adamları əyalətdəki Mayya ovalığını indiyə  qədər arxeoloji "boş yer" adlandırırdılar. Ərazi müasir Beliz, El Salvador, Qvatemala və Mayyaların təxminən eramızdan əvvəl 1500-cü illərdə məskunlaşdıqları Meksikanın cənub-şərqini əhatə edir.

Elm adamları bu yaxınlarda “Antiquity” jurnalında dərc olunan məqalədə bildirirlər ki, burada arxeoloqlar minlərlə əvvəllər görülməmiş Mayya tikililəri, eləcə də yaxınlıqdakı laqondan sonra Valeriana adlandırdıqları böyük bir şəhər aşkar ediblər.

Kəşfə səbəb olan axtarışlar təxminən 3200 kilometr məsafədən həyata keçirilib. Havadan işıq aşkarlayan və məsafəni təyin edən avadanlıq olan LiDAR yuxarıdan sıx meşə örtüyünə nüfuz edərək, şəhəri aşkara çıxarıb. Təxminən 122 kvadrat kilometr ərazini əhatə edən LiDAR skanları 2013-cü ildə “The Nature Conservancy of Mexico” tərəfindən aparılan meşə araşdırmasının bir hissəsidir.

Digər böyük Mayya şəhərləri kimi, Valerian da su anbarı, top meydançası, məbəd piramidaları və qapalı meydanları birləşdirən geniş yola malik idi. Ümumilikdə, tədqiqatçılar Valerian, eləcə də digər kənd və şəhər yaşayış məntəqələrində müxtəlif ölçülü 6764 struktur müəyyən ediblər. Alimlər yazırlar ki, ərazidə məskunlaşma sıxlığı Mayya ovalıqlarında məlum olan digər yerlərin sıxlığını üstələyir və arxeoloqlar  ən azı 1940-cı illərdən bəri çoxsaylı Mayya xarabalıqlarının gizləndiyindən şübhələnirlər.

Onilliklər ərzində həmin əraziyə çatmaq asan olmayıb.  Ərazi qədim artefaktları ilə məşhur olub.


Chosen
30
1
news24.az

2Sources