EN

İybilmə qabiliyyətimizi niyə itiririk?

Son zamanlar insanlar yenə də xəstələndikdən sonra iybilmə, qoxubilmənin itirilməsindən şikayətlənir. Burun iyduyma qabiliyyətini təkcə koviddən itirmir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, tibbi adı anosmiya olan bu patologiyanın 139 və hətta daha çox səbəbi ola bilər.

Alimlərin təqdim etdiyi 3 sütunlu cədvəl və siyahı onların özünü də təəccübləndirib.

Təkcə nevroloji səbəblər diaqnozlar 72-dir: onların içində Alsheymer, Parkinson, demensiya, depressiya, miqren, əsmə, beyin şişləri və s. var.

Daxili orqanlar üzrə xəstəliklər də çoxdur. Bunlar demək olar, bütün xroniki xəstəliklərdir: ürək-damar, şəkər, tənəffüs, həzm sistemi xəstəlikləri.

Əsas odur ki, Alsheymer, Parkinson, depressiya, dağınıq skleroz, şizofreniya kimi xəstəliklərdə əsas ilk simptomlardan biri iybilmənin itirilməsi ola bilər. Ona görə diaqnostikada əhəmiyyətlidir.

İybilməni stimulyasiya etməyin ən uyğun yolu aromaterapiyadır. O, hətta demensiyalı xəstələrə də yaxşı təsir edir.

Chosen
46
1
axar.az

2Sources