EN

Türkiyədə qorxunc hadisə: Bu görüntülər hər kəsi şoka salır (FOTOLAR)

Türkiyənin Hatay şəhərinin Dəfnə rayonunda baş verən zəlzələ nəticəsində eni 3 metr, dərinliyi 4 metr olan nəhəng yarıq Süleyman Öztürkün əkin sahəsini iki yerə bölüb. 

Demokrat.az
xəbər verir ki, zəlzələdən xeyli sonra fərq edilən çat görənləri qorxutmaqla yanaşı, maraq da oyadır.

Əsrin fəlakəti olaraq xarakterizə edilən zəlzələdə Hatayın Dəfnə rayonunun Çinarlı kəndində Süleyman Öztürkə məxsus 18 dekarlıq sahə ikiyə bölünüb. İkiyə bölünmüş tarlada 4 metr dərinliyində və 3 metr enində yaranan yarıq zəlzələdən xeyli sonra vətəndaşlar tərəfindən diqqət çəkib. Qonşularının məlumat verməsindən sonra tarlasında böyük çatın olduğunu görən Öztürk gördüyü mənzərədən qorxub.

Zəlzələ nəticəsində 18 dekarlıq tarlasının yarıldığını və bunu ilk görəndə qorxduğunu bildirən Süleyman Öztürk deyib: "Zəlzələdən sonra 18 dekarlıq tarlamda ada yarandı. Zəlzələ bağımı iki yerə böldü. Eni 3 metr, dərinliyi 4 metr və uzunluğu 15 metr olan çat əmələ gəlib. Zəlzələdən sonra bir dostum bağa gedərkən çatı görüb mənə zəng etdi. Bağı belə görəndə çox kədərləndim və qorxdum.

Görəsən burada ev olsaydı nə olardı? Bu barədə düşünəndə çox kədərləndim. Zəlzələdən sonra yol da ikiyə bölünmüşdü, amma keçə bilmək üçün onu doldurdum. 18 hektar sahəmin sonu iki yerə bölündü. Ətrafımla məsləhətləşərək, nə edə biləcəyimi öyrənərək bunun həllini tapacağam. Bəzi dostlar bu yerin sağ və sol tərəflərini bağlayıb hovuz düzəltməyi məsləhət görür. Deyirlər, burada su toplayıb əkinləri suvarmaq olar. Hələ qəti qərar verməmişəm".











Jalə
Demokrat.az
Chosen
21
demokrat.az

1Sources