EN

AAK AMEA-nı TƏMİZLƏYƏ biləcəkmi? - "Bu qədər saxta akademik rəylərə..."

AAK"Sizinlə son zamanlar olduqca mənfi bir tendensiyanın yayılması barədə fikrimi bölüşmək istərdim: deməli, 10-15 il öncə müdafiə edilərək bütün instansiyalardan keçib imtina almış və heç bir elmi dəyəri olmayan bir dissertasiya, əgər kifayət qədər "güclü" adamlarınız və maliyyə imkanınız varsa, AMEA-nın prezidenti tərəfindən xüsusi təşəbbüslə yenidən gündəmə gətirilir. AMEA rəhbəri öz vəzifə səlahiyyətlərindən istifadə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət edib və illər öncə ləğv olunmuş bir işi yenidən təsdiqlətməyə çalışır..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında AMEA Tarix və Etnologiya İnstitutunun Aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Günel Aslanlı qeyd edib.O daha sonra əlavə edib: "Bu məsələdə iki əsas tərəf var. Birinci tərəf, müraciət edən akademiklər – onlar hansı şəxsi və ya maliyyə maraqlarına görə bu addımı atırlar? Bu, açıq şəkildə vəzifədən sui-istifadə, korrupsiya və rüşvət mexanizminin təzahürü kimi görünür.İkinci məsələ isə bu hadisənin mənəvi və etik tərəfləri: belə bir addım elmi dəyərlərə, elmin obyektivliyinə və dürüstlüyünə ziddir və eyni zamanda gənc tədqiqatçılara qarşı haqsızlıqdır! Belə bir tendensiya Azərbaycan elminin nüfuzuna və dəyərlərinə zərbə vurur, eyni zamanda ictimai etimadın azalmasına səbəb olur.Elmin müstəqilliyi və obyektivliyi naminə bu kimi halların ciddi şəkildə araşdırılması və qarşısının alınması çox vacibdir. Ümid edirik ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, hörmətli Famil müəllim, bu mənfi tendensiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirərək, Akademiya daxilində baş verən intriqaların, rüşvət və korrupsiyaya meylli halların Komissiya səviyyəsində qarşısını almaqda prinsipial mövqe sərgiləyəcəkdir!""DİA-AZ" bildirir ki, bu çağırışnın ardından Günel Aslanlı daha sonra AAK rəhbərliyinə kifayət qədər ümid bəslədiyini də gizlətməyib:"Mən inanıram ki, AAK-ın sədri, hörmətli Famil müəllim, bütün bu mənfi hallara qarşı prinsipial mövqe nümayiş etdirərək elmin şəffaflığını və obyektivliyini qorumaq üçün çalışır və çalışacaq. Hər cür saxta fəaliyyətin qarşısını almaq üçün əlindən gələni etdiyinə tam əminəm, çünki bu sahədə kifayət qədər təcrübəm var. Lakin təəssüf ki, müxtəlif instansiyalardan, o cümlədən bəzi akademik dairələrdən gələn böyük təzyiqlər və müraciətlər bəzən onun işini çətinləşdirir. Bu qədər saxta akademik rəylərə və təsir cəhdlərinə baxmayaraq, Famil müəllim elmi mühitin saxtakarlıqdan təmizlənməsi və müdafiə prosedurlarının ədalətli keçirilməsi üçün qətiyyətlə çalışır".

Chosen
24
yenisoz.az

1Sources