EN

İldırım düşdü – 13 uşaq öldü

Uqandada qaçqın düşərgəsini ildırım vurması nəticəsində 13-ü uşaq olmaqla 14 nəfər ölüb.

News24.az  xarici mediaya istinadən xəbər verir ki, əsasən Cənubi Sudandan olan qaçqınların olduğu Palabek qaçqınlar düşərgəsində kilsənin damına ildırım düşüb.

Rəsmilər ildırım vurması nəticəsində 13-ü uşaq olmaqla 14 nəfərin öldüyünü, 34 nəfərin isə yaralandığını bildirib.

Aynurə



Chosen
21
news24.az

1Sources