EN

Azərbaycanda ən yüksək və ən aşağı faizlə – KREDİT AYIRAN BOKT-LAR – SİYAHI, MƏBLƏĞLƏR

Azərbaycanda kredit bazarının son vaxtlar aktiv iştirakçılarından biri də BOKT-lardır.

BOKT-ların müqayisəsi: Kim güclüdür - «TBC Kredit BOKT», yoxsa «Kəpəz BOKT»? - RƏQƏMLƏR

FED.az xatırladır ki, kredit portfeli hələlik banklardan qat-qat aşağı olsa da, BOKT-lar getdikcə maliyyə sektorundakı boşluqları doldurmaqdadırlar.

Xatırladaq ki, 2024-cü ilin sentyabrın sonuna BOKT-ların ümumi kredit portfeli 745 milyon manat təşkil edir. Müqayisə üçün bildirək ki, həmin tarixə bankların ümumi kredit portfeli 26,7 milyard manatdır və bu BOKT-ların kreditlərindən 35 dəfə artıqdır.

Bununla yanaşı, BOKT-ların kreitləri daha sürətlə artır. Belə ki, son bir ildə qeyri-bank təşkilatlarının kreditlərində 196 milyon manat və ya 36% artım baş verib.

FED.az xəbər verir ki, BOKT-ların bəziləri ayrı-ayrı sahələr üzrə ixtisaslaşıb, bununla yanaşı, təşkilatların təqribən yarısı müxtəlif ehtiyaclar üçün nağd kreditlər ayırırlar. 

Ümumilikdə, BOKT-ların faiz dərəcələri və kredit şərtlərinə görə aylıq kredit ödənişləri də dəyişir. Bu fərqlər kredit götürərkən diqqət yetirilməli əsas amillərdən biridir, çünki aylıq ödəniş məbləği yalnız aylıq büdcəni deyil, həm də ümumi kredit məbləğinin nə qədər olacağını müəyyənləşdirir.

FED.az ölkədəki BOKT-ların kredit şərtlərini müqayisə etmək üçün 5000 manat məbləğində kreditin 18 aylıq müddət üçün ödənilməsi zamanı BOKT-ların aylıq ödəniş məbləğlərini müqayisə edib.

Araşdırma göstərir ki, BOKT-larda bu müddət üçün kreditlərin illik faiz dərəcəsi 17,5%-dən 35%-dək dəyişir. Bu fərq özünü aylıq ödənişlərdə də göstərir. Belə ki, 18 aylıq müddətə ayrılan 5000  manat kreditə görə, aylıq ödənişlər 318 manatdan 363 manatadək fərqlənir.

Ən yüksək aylıq ödəniş təklif edən BOKT-lar arasında "BOKT İnternational", BOKT "AzFinans", “NAS PROJECT BOKT" və “Caspian Finance BOKT” irəlidədir. İllik 34-36% faiz dərəcəsi ilə bu BOKT-ların aylıq ödənişləri də 360 manat ətrafındadır.

Müqayisə üçün bildirək ki, eyni kredit məbləği və müddət üçün 10 BOKT-da aylıq ödəniş 330 manatdan, 4 BOKT-da isə 320 manatdan aşağıdır.

BOKT-lar arasında aylıq ödənişlərin belə geniş diapazonda dəyişməsi bazarda rəqabəti artırır və hər kəsə uyğun fərqli seçimlər təqdim edir. Kredit götürmək istəyənlər, öz maliyyə vəziyyətlərini və ödəniş qabiliyyətlərini nəzərə alaraq, bu ödənişlərə uyğun seçim etməlidirlər.

Daha detallı aşağıdakı cədvəldə:

S/n

BOKT-lar

5000 manat kreditə görə aylıq ödəniş

Kredit faizi

(illik)

Komissiya

1

BOKT “İnternational” ASC

363,54 AZN

36,0%

Yoxdur

2

BOKT "AzFinans" MMC

360,99 AZN

35,0%

5%

3

“NAS PROJECT BOKT" ASC

358,44 AZN

34,0%

2,5%

4

“Caspian Finance BOKT” MMC

358,44 AZN

34,0%

yoxdur

5

“Azmikroinvest BOKT” MMC

350,86 AZN

31,0%

5%

6

MM “Finca Azerbaijan” QBKT

350,86 AZN

31,0%

Yoxdur

7

“Brand Credit BOKT” MMC

350,00 AZN

30,7%

2%

8

"FinEx Kredit" BOKT ASC

348,35 AZN

30,0%

1-3%

9

“PREMİER KREDİT BOKT” MMC

345,85 AZN

29,0%

2%

10

BOKT “Qafqaz- Kredit” MMC

345,85 AZN

29,0%

yoxdur

11

BOKT “İnkişaf üçün Maliyyə” MMC

343,86 AZN

28,2%

2-3%

12

“İcraçı Kredit Agentliyi” MMC BOKT

343,36 AZN

28,0%

2%

13

“Azərbaycan Mikro-Kredit BOKT” ASC

342,37 AZN

27,6%

3-5%

14

BOKT “EMBAFİNANS” QSC

340,89 AZN

27,0%

7%-dək

15

“M Bulak BOKT” MMC

338,42 AZN

26,0%

3%

16

“TCF” BOKT ASC

335,96 AZN

25,0%

1%

17

BOKT "KREDEX" QSC

333,51 AZN

24,0%

1,5%

18

“FİNOKO” BOKT ASC

333,51 AZN

24,0%

2%

19

“REGİONAL” BOKT MMC

333,51 AZN

24,0%

1%

20

”KredAqro” BOKT MMC

331,07 AZN

23,0%

1%

21

BOKT "Falcon Finance" MMC

328,64 AZN

22,0%

1-5%

22

BOKT “İDEAL KREDİT” MMC

328,64 AZN

22,0%

Yoxdur

23

“TBC Kredit BOKT” MMC

326,06 AZN

20,93%

1.5%

24

“AZİNVESTKREDİT BOKT” MMC

325,02 AZN

20,5%

4-5%

25

“Prior Credit BOKT” ASC

319,03 AZN

18-21%

1%

26

BOKT “AZKREDİT” ASC

319,03 AZN

18,0%

2,8%

27

BOKT “Caspian İnvest” MMC

319,03 AZN

18,0%

1%

28

“FinTrend” BOKT MMC

317,84 AZN

17,5%

1%

 

Chosen
19
fed.az

1Sources