EN

Körpəsini sosial şəbəkədə satışa çıxaran ana həbs edildi

ABŞ-da Juniper Breyson adlı 21 yaşlı qadın “Facebook”da körpəsini satmağa cəhd edib.

Publika.az xəbər verir ki, bu barədə “The Independent” yazıb.

Bildirilir ki, Breyson "Övladlığa götürən ailələri axtaran analar" adlı “Facebook” qrupunda uşağının övladlığa götürülməsini istədiyini yazıb və ən azı 7 ailə ilə əlaqə saxlayıb.

"Mənə doğum əsnasında yanımda olacaq və uşağı evə aparacaq biri lazımdır. Körpənin himayədar ailəyə verilməsini istəmirəm, onu övladlığa götürəcək birini axtarıram", - deyə o, paylaşımında bildirib.

Breyson daha sonra onunla əlaqə saxlayanlardan pul tələb edib: "Mən sadəcə istəyirəm ki, bir mənzilə köçüb işə düzəlim və sonra qızımı geri ala bilim, bu, böyük məbləğdə pul deyil".

Chosen
54
publika.az

1Sources