EN

Şimali Koreya qoşunları Kursk istiqamətində Ukrayna ordusu ilə döyüşə girdi...

Image

Şimali Koreyanın qoşunları Kursk istiqamətində artıq Ukrayna Silahlı Qüvvələri ilə döyüşə girib və bombardman altında qalıblar. Bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrei Kovalenko deyib.

Yayılan məlumatlara görə, Şimali Koreya Rusiyaya 10 minə yaxın əsgər göndərib, Rusiya onların bir hissəsini Ukrayna sərhədləri yaxınlığına yerləşdirib.

Cənubi Koreya kəşfiyyatının məlumatına əsasən, Şimali Koreyanın Rusiya ərazisindəki hərbi qulluqçularının əksəriyyətinin yaşı 20-dən aşağıdır.

TAHİR





Chosen
49
baki-xeber.com

1Sources