EN

Oyunun növbəti dəfə təxirə salınmasını istədilər

"Valensiya" İspaniya Kubokunun ilk mərhələsi çərçivəsində keçirilməli olan "Parla" ilə görüşün növbəti dəfə təxirə salınmasını istəyib.

Publika.az xəbər verir ki, ilk matç oktyabrın 30-na təyin edilmişdi. Lakin daşqınlarla əlaqədar regionda yaranmış vəziyyətə görə İspaniya Kral Futbol Federasiyası (RFEF) bu oyunu noyabrın 6-na, eləcə də Pontevedra - Levante matçını noyabrın 7-nə təxirə salıb.

"Bu çətin zamanda faciədən zərər çəkənlərə kömək etmək üçün hər cür səy göstərilməlidir. Futbol arxa plandadır. Ölənlərin ailələrinə və yaxınlarına, eləcə də bu fəlakətdən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk. Bu bizi viran qoyur"deyə "Valensiya" açıqlama yayıb.

Daha əvvəl RFEF ölkə çempionatının 12-ci turunun “Valensiya” – “Real Madrid” matçını, eləcə də regionda keçiriləcək digər oyunları təxirə salmışdı.

Chosen
36
publika.az

1Sources