EN

Məktəblilər “ETSN-də bir gün” layihəsində iştirak ediblər - FOTO

“Yaşıl şəbəkə” ekoloji hərəkatına üzv şagirdlər Ekologiya və Təbii Sərvətlər Nazirliyində olaraq Nazirliyin fəaliyyət sahələri ilə tanış olmaq imkanı əldə ediblər. 


Ekologiya.az-ın xəbərinə görə şagirdlər ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və nazir müavini Vüqar Kərimov ilə görüşüb. 

İnteraktiv formatda keçirilən görüş zamanı ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyinin təsirləri ilə bağlı şagirdlərlə səmimi söhbət və müzakirələr aparılıb, uşaqların sualları cavablandırılıb. 
Tədbirin davamı olaraq şagirdlər Orxus İctimai Ekologiya İnformasiya Mərkəzi, ETSN-in Ekoloji siyasət şöbəsi, Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsi, Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsi ilə tanış olub, həmin şöbələrin iş fəaliyyəti barədə məlumatlandırılıblar.
Qeyd edək ki, “ETSN-də bir gün” layihəsi uşaqların erkən yaşlardan etibarən ətraf mühitin mühafizəsi sahəsində məlumatlandırılması, ekoloji şüurlu gənc nəslin yetişməsinə töhfə vermək məqsədilə keçirilir və davamlı olaraq təşkili nəzərdə tutulub.

Chosen
52
ekologiya.az

1Sources