EN

İndoneziyada vulkan təhlükəsi: Hava limanları bağlandı

İndoneziyanın Şərqi Nusa Tengqara əyalətində yerləşən Flores adasındakı 4 hava limanı vulkan püskürməsi səbəbindən təyyarələrin yola salınmasını və qəbulunu dayandırıb.

Oxu24.com xəbər verir  ki, bu barədə ANTARA xəbər agentliyi yazır.

Jurnalistlərin sözlərinə görə, ölkədə Levotobi vulkanı “oyanıb”. O, isti lava və qum səpərək yaxınlıqdakı Klatanlo kəndinin sakinlərinin evlərinə ziyan vurmağa başlayıb. Bir neçə nəfər xəsarət alıb, onlardan 10-nu xilas etmək mümkün olmayıb.

AirNav İndoneziya dövlət aviasiya naviqasiya xidməti agentliyinin sözçüsü I Nyoman Oka Wiraman  4 hava limanı bağlandığını açıqlayıb.

O, hava limanlarının fəaliyyətini təyyarələr üçün vulkanik kül təhlükəsi ilə əlaqədar dayandırdığını bildirib.

 

 

Nigar

 

Chosen
79
13
oxu24.com

10Sources