EN

"Sağlam Ailə-Sağlam Millət” layihəsinin silsilə tədbirləri həyata keçirilir

 

Ailə məsləhətçisi Nərminə Qəribova tərəfindən “Ailə məktəbi” çərçivəsində "Sağlam Ailə-Sağlam Millət” layihəsinin silsilə tədbirləri həyata keçirilir.

Layihənin məqsədi ölkəmizdə boşanmaların qarşısını qisməndə olsa almaq, millətin gələcəyi olan uşaq və gənclərin sağlam mühitdə böyümələrinə sağlam ailə modelimizin möhkəmləndirilməsinə və xöşbəxt ailələrin çoxalmasına dəstək verməkdir.

Növbəti maarifləndirici tədbir 7 saylı Rabitə və informasiya texnologiyaları üzrə Bakı dövlət Peşə təhsil Mərkəzində keçirilmişdir. Tədbirdə layihənin rəhbəri Nərminə Qəribova, təlimçilər uşaq və ailə psixoloqu Aynur İsmayılova və ailə psixoloqu Vüsalə Məmmədova iştirak etdilər.

Azərbaycanda ailə dəyərlərinə yüksək qiymət verən və layihələrimizdə təmənnasız xidmət göstərən "TOTEM" Psixologiya mərkəzinin rəhbəri Lalə Həmidli və onun peşəkar komandasına öz dərin minnətdarlığımızı bildiririk.



 
Chosen
31
azreform.info

1Sources