EN

İspaniya kubokunun oyunları yenidən təxirə salındı

style='margin-bottom:10px;'>

İspaniya Kral Futbol Federasiyası ölkədəki daşqın səbəbindən ötən həftə təxirə salınan oyunları yenidən təxirə salıb.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Belə ki, oktyabrın 30-da  keçirilməli olan "Parla Eskuela" - "Valensiya" və "Pontevedra" - "Levante" görüşləri 6 və 7 noyabra təxirə salınmışdı. Lakin bu matçların vaxtı yenidən dəyişdirilib. "Parla Eskuela" - "Valensiya" oyunu 26 noyabrda təşkil olunacaq.

Həmçinin “Manises” - “Xetafe” qarşılaşması da 26 noyabrda keçiriləcək. "Egea" -"Herkules" oyunu 14 noyabrda,  "Pontevendra" - "Levante" görüşü isə 19 noyabrda keçiriləcək.

"Jove" - "Real Sosyedad" matçının tarixi isə daha sonra müəyyənləşəcək.

Qeyd edək ki, İspaniyada daşqın səbəbindən bəzi rayonlarda yolları su basıb, evlərə və avtomobillərə ziyan dəyib, 100-dən çox insan həyatını itirib.

Chosen
48
2
teleqraf.com

2Sources