EN

"Real"ın futbolçusu iki top-klubun hədəfindədir

"Real Madrid"in hücumçusu Vinisius Junior klubunu dəyişə bilər.

90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, braziliyalı hücumçunu heyətinə qatmaqda Avropanın iki top klubu maraqlıdır. İngiltərənin "Çelsi" və Fransanın PSJ klubu forvardı transfer etmək niyyətindədir. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlarada başlayıb.

Xatırladaq ki, Junior “Qızıl top” reytinqində ikinci yeri tutub. Forvardın "Real"la əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun transfer dəyəri 200 milyon avro olaraq qiymətləndirilir. Bu La Liqa mövsümündə Vinisius 11 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Chosen
15
90deqiqe.az

1Sources