EN

1 illik zədədən yeni qayıdan Neymardan daha pis xəbər

style='margin-bottom:10px;'>

Braziliya millisinin və “Əl-Hilal”ın (Səudiyyə Ərəbistanı) hücumçusu Neynar yenidən zədələnib.

QOL.az xəbər verir ki, hadisə Asiya Çempionlar Liqasının dünən keçirilən “Əl-Hilal” - “İstiqlal (İran) oyunu zamanı baş verib. Matç ərəblərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Neymar oyuna 57-ci dəqiqədə daxil olub. Amma 86-cı dəqiqədə zədə alaraq oyunu tərk etməli olub. Bu zaman o, budunu tutub.

Xatırladaq ki, Neymar milli komandada aldığı ağır zədəyə görə bir ildən artıq yaşıl meydandan kənarda qalıb. O, yalnız oktyabrın 21-də Asiya Çempionlar Liqasında “Əl-Əyn”lə görüşdə uzun müddət sonra futbola qayıtmışdı.

Durumu necədir?

Məlumata görə, bu dəfə aldığı zədə səbəbindən Neymar daha 1.5 ay oynaya bilməyəcək.

“Əl-Hilal”ın baş məşqçisi Jorze Jezuş oyundan sonra keçirilən mətbuat konfransında bildirib: “Neymarla bağlı durum sadə deyil. Bu, bir daha təsdiqləyir ki, onu liqaya sifariş etməməyi istəyəndə düz etmişəm. Texniki olaraq dizi sağalıb. Amma onun indiki kimi problemləri  olacaq. Neymarda əzələ problemləri var".

Chosen
47
2
teleqraf.com

3Sources