EN

İqlim dəyişikliyi bəzi regionlar üçün fəlakətə çevrilib - Muxtar Babayev

Bakı. Trend:

Antropogen təsirlər, sənayeləşmə və iqtisadiyyatın sürətliinkişafı qlobal temperatur artımı və fəlakətlərə səbəb olmaqla birçox dövlətlər üçün ciddi təhdidə çevrilib.

Trend xəbərverir ki, bu barədə Ekologiya və təbii sərvətlər naziri, COP29-unmüəyyən edilmiş prezidenti Muxtar Babayev Dini Liderlərin QlobalBakı Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu təhdidlərin iqlim dəyişikliyinə həssasregionlarda yaşayan icmalar üçün necə fəlakətə çevrildiyinə şahidoluruq.

"Onlar üçün iqlim dəyişikliyi artıq nəzəri təhdid deyil, hər günyaşanan reallıqdır. Konqo hövzəsində yağıntıların tezliyinindəyişməsi və temperaturun artması meşələrə və nadir ekosistemlərəciddi ziyan vurur. Pakistanda ölkənin üçdə birini sular altındaqoyan daşqınlar, kiçik ada inkişaf etməkdə olan dövlətlərindəicmaların məhv olmaq təhlükəsi və dünyanın müxtəlif yerlərində başverən təbii fəlakətlər bu gerçəkliyin real sübutudur.

Bu ölkələrin yaşadığı təcrübələr bizdən təxirəsalınmaz vəinklüziv yanaşmalar qəbul etməyi və onların qarşılaşdığıproblemləri səylərimizin mərkəzinə yerləşdirməyi tələb edir.

Bu vəziyyətlə üzləşən icmalara dəstək olmaq üçün iqlim maliyyəsidəfələrlə artırılmalıdır. COP29 Sədrliyi, itkilərin və zərərinaradan qaldırılmasına yönələn fəaliyyətləri dəstəkləyərək bu sahədəvacib addımlar atır.

COP29 Fəaliyyət Gündəliyi, resursların inkişaf etməkdə olanölkələr üçün daha əlçatan olmasını təmin etməyə yönəlmişdir.Azərbaycanın COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəlisürülmüşdür. Bizim məqsədimiz yalnız milli deyil, qlobal səviyyədəyeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir.Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə yaşıl iqtisadiyyatakeçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcək.

Azərbaycanın təşəbbüsü ilə yaradılmış İqlim Maliyyəsi üzrəFəaliyyət Fondu, dövlət və özəl sektorun iqlimə uyğunlaşma, onunmənfi təsirlərin azaldılması və tədqiqat sahələrindəinvestisiyalarını təşviq edəcəkdir. Bu Fond, inkişaf etməkdə olanölkələrdə baş verən təbii fəlakətlərin nəticələrini tez bir zamandaaradan qaldırmaq üçün maliyyələşdirmə imkanları yaradır", - deyənazir əlavə edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Məqalədə:
Chosen
22
3
az.trend.az

10Sources