EN

Kloze Mahir Emrelidən razı qalmayıb

"Fikrimcə, Mahir Emreli o qədər də yaxşı oynamadı".

Sportnet.az "Bild" nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze II Bundesliqanın XI turunda "Hamburq"la matçda Azərbaycan millisinin futbolçusunun çıxışı barədə danışarkən deyib.

Mütəxəssisi 27 yaşlı hücumçudan razı qalmadığını söyləyib: "Topla yetərincə çalışmadı və kifayət qədər çevik deyildi".

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb, "Nürnberq"in yeganə qoluna 63-cü dəqiqədə Mahir Emreli imza atıb.


Chosen
22
7
sportnet.az

8Sources