EN

Amerika dələ peanutdan danışır

Yazını böyüt
Yazını kiçilt

ABŞ-da sosial media fenomeni Squirrel Peanut-un evtanaziyasının əks-sədası böyük olub. Noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi respublikaçılar buradan indiki administrasiyaya hücum edir.

Hafta.az-ın “Coin telegraph”a istinadən yazdığına görə, Respublikaçı namizədi dəstəkləyən İlon Mask, "Dövlətin evinizə soxulub ev heyvanınızı öldürməsinə icazə verilməməlidir. Əgər evdə dələ bəsləmək qeyri-qanunidirsə, bu belə olmamalıdır, niyə öldürdünüz. Onu meşəyə buraxmaq olardı” və “Prezident Donald Tramp dələləri xilas edəcək” deyir.

Onun ardınca vitse-prezidentliyə namizəd olan J.D.Vens də məsələyə toxunub. Dünən Şimali Karolina ştatının Sanford şəhərinə seçki kampaniyası çərçivəsində gedən JD Vens deyib ki, dələnin öldürülməsi Donald Trampı çox qəzəbləndirib: “Yüz minlərlə cinayətkarı vecinə almayan hökumət ölkəmizə qeyri-qanuni immiqrantların girməsi, ev heyvanı saxlamamızı istəməməsi dəlilikdir".

Sosial mediada dələsi ilə paylaşdığı videolarla tanınan Mark Lonqo oktyabrın 30-da basqınla həm dələ, həm də onunla birlikdə qidalandırdıqları Fred adlı yenotun onlardan alındığını açıqlayıb.

Nyu-York əyalətinin Ətraf Mühitin Mühafizəsi Departamenti (DEC) verdiyi açıqlamada dələnin evə gələn polis məmurlarından birini dişlədiyini və iki heyvanı quduzluğa qarşı yoxlamaq üçün evtaniya etməli olduqlarını bildirib. DEC-ın sözçüsü vurğulayıb ki, bu tədbir quduzluq daşıya bilən vəhşi heyvanların təhlükəsiz şəraitdə saxlanılmaması və onların qanunsuz olaraq ev heyvanı kimi saxlanılması ilə bağlı çoxsaylı şikayətlərdən sonra atılıb.

İnstaqram hesabında yayımladığı videolarda göz yaşlarına boğulduğu görülən Longo bazar günü "dələ üçün ədalət" həştəqi ilə paylaşım edib və heyvanlarının öldürülməsinə qarşı qanuni addım atacağını bildirib. Onun başladığı ianə kampaniyası bu xəbərin dərc olunduğu dövrdə təxminən 157 min dollar toplamışdı.

Həyat yoldaşı Daniela ilə Amerika mətbuatına danışan Mark Lonqo İnstaqramda 670 mindən çox izləyicisi olan Peanutun qısqanclıq zəminində öldürüldüyünü iddia edib. “Bəlkə kimsə bizim çox pul qazandığımızı düşünüb bizə xəbər verib” deyib və əlavə edib: “Mənə terrorçu kimi yanaşırdılar. Mənə narkotik alverçisi kimi basqın etdilər. Evimi 5 saata alt-üst etdilər. Alman əsilli həyat yoldaşımdan immiqrasiya statusunun nə olduğunu soruşdular”.

Digər tərəfdən, bu məsələ kriptovalyuta bazarlarında da öz əksini tapıb. Solana şəbəkəsində çoxlu dələ memekoinləri çıxarılıb. Onların bəzilərinin bazar dəyərinin 120 milyon dolları ötməsi diqqət çəkir.

İki gün əvvəl Peanut the Squirrel (PNUT) adlı tokenin 300 milyon dollara çatdığı bildirilir.

Chosen
41
hafta.az

1Sources