EN

Qlobal miqyasda ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir - Ali Erbaş

Bakı. Trend:

Qırğınlar məngənəsindəki günahsızların fəryadının göylərititrədiyi çirkli bir dövrün şahidi oluruq. Tarixi abidələr, təbiətməhv edilir.

Trend xəbər verir ki, bunuBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planetuğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitininaçılış mərasimində Türkiyənin Diyanət İşləri İdarəsinin sədri AliErbaş deyib.

“Biz birlik içində hərəkət etməliyik. İnsanları varlıqməqsədindən uzaqlaşdıran, ətraf mühitdən asılı vəziyyətə salanhəyata baxış dünyanı fəlakətlərə sürükləyir. Qlobal miqyasdayaşanan ekoloji problemlər təkcə insanları deyil, bütün ekolojisistemi təhdid edir.

Bugünkü güc və hökmranlıq anlayışı təbii tarazlığıproqnozlaşdırır. Bu prosesdə ekoloji fəlakətlər, qlobal istiləşmə,ərzaq təhlükəsizliyi, təbii sərvətlərin məhv edilməsi, havanın,suyun və torpağın dəhşətli çirklənməsi diqqətdən kənarda qalıb.

Daha ciddisi isə odur ki, bioloji və kimyəvi silahların ətrafmühitə vurduğu ziyan pik həddə çatıb. Bunu aydın şəkildə deməklazımdır. Bütün bunlar inkişaf etmiş ölkələr tərəfindən edilib vəedilir”,- deyə Ali Erbaş əlavə edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Chosen
52
5
az.trend.az

7Sources