EN

Milla Yovoviç məşhur “Alatoran” filmində –Aktrisa zombilər aləminə dönür

Məhşur Hollivud aktrisası Milla Yovoviç yenidən “Corc Romeonun məskəni” adlı zombi filmindən sonra növbəti dəfə belə mövzuda ekran əsərində rol alacaq.

Milla Yovoviçin canlandırdığı tanış obraz sadəcə zombilərdən qurtula bilmir. Onun qəhrəmanı olan Alisin diri ölülərlə dəhşət dolu mübarizədən başqa heç nə etmədiyi haqqında kəskin süjetli, fantastik, mistik “Resident Evil” video oyunlarının ssenari mətni əsasında çəkilən film barədə hələ ki, təfərrüatlı məlumat verilmir. Yovoviçi daha çox məhşurlaşdıran, belə obrazlarla rol aldığı film adaptasiyalarının ulduzu bu dəfə də yenidən həmin obrazla böyük ekrana dönüb.

Milla Yovoviçin baş rollardan birinə dəvət aldığı bu yeni “Ölülərin alatoranlığı” filmi həmçinin maraqlı və çox istedadlı aktyor ansamblı ilə də yadda qalacaq. Bu filmdə Betti Qabriel də rol alıb.

Filmin rejissoru Bred Andersondur.

Filmin adından da təxmin etmək olar ki, bu kino əsəri həm də Corc A.Romeronun seriyasının davamıdır və ya daha dəqiq desək, yeddinci hissədir. Romero 2017-ci ildə vəfat etməzdən öncə bu süjetin qısa təsvirini buraxa bilmişdi. Əslində Corc A. Romeronun ilk “Alatoranlıq” filmi həm də onun planına görə, epik bir dastanın çox möhtəşəm finalı ilə yekunlaşmalı idi. İndi isə bu film üzərində işləyənlərin, eləcə də kinorejissorların belə bir planları yoxdur, çünki aktyor seçimi, çəkilişlər və süjetlər, hər şey gəlirə hesablanmalıdır. Əgər film kassada yaxşı çıxış edərsə, davamı da ola bilər.

“Ölülərin alaqaranlığı” adlanan yeni filmin çəkilişləri mart ayından başlayır.

Ərsəyə gələcək yeni filmin süjet xəttinə görə əsas hadisələr planetdəki sonuncu, həmçinin tamamilə zombiləşən insanların bəşəriyyəti məhv etməsinə mane olmağa çalışan qəhrəmanın olduğu tropik adada baş verəcək. Filmin məntiqinə görə hətta tamamilə yox olmaq təhlükəsi belə daxili çəkişmələrin qarşısını almır, çünki insanın qaranlıq təbiəti belədir.

Rejissor Bred Andersonun yeni çəkilməyə başlayan bu filmin istehsalı ilə bağlı şəxsi yanaşması, baxışları və fikirləri də böyük maraq oyadıb. O, deyib: “Mən çox tezliklə ekranlara çıxacaq bu yeni filmi, həmçinin “Mən əfsanəyəm” və “Sakit yer”, eləcə də “Sonuncumuz” filmlərinin ruhuna doğma, yaxın olan, post-apokaliptik janrının ən yaxşı nümunələrinin sırasında görürəm. Yəni maksimum intensivliklə ifadə edilən emosional hekayələr. İnanın, mən ilk dəfə “Ölülərin alaqaranlığı” filminin ssenarisini oxuyanda hətta göz yaşlarımı da saxlaya bilmədim. Halbuki, bu tipli filmlər üçün o qədər də tipik reaksiya deyil. Amma süjet o qədər möhkəmdir, həmçinin dəhşət və faciənin mükəmməl birləşməsidir ki, onu həqiqətən sevirəm” .

Rejissor Bred Andersonun iddiasına görə o, Milla Yovoviçin iştirakı ilə çəkəcəyi bu filmlə əsl kino şedevr yaradacaq.

Oqtay Qorçu

Chosen
104
13
azpost.info

10Sources